• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı məmur beynəlxalq təşkilata üzv seçildi

Azərbaycanlı məmur beynəlxalq təşkilata üzv seçildi
07.11.2022 14:51
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) bugün (2022-ci il 7 noyabr) İslam Əməkdaşlıq Təşkilatı - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Oman İslam Respublikasının Muskat şəhərində keçirilən 10-cu Qurultayında Direktorlar Şurasına keçirilən seçkilərdə iştirak edib.
 
Qurumdan  verilən məlumata görə, Direktorlar Şurasına seçkilərdə iştirak edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov növbəti 2 illik müddətinə Direktorlar Şurasının üzvü seçilib.
 
Qurultayda Azərbaycanın ötən illər ərzində Direktorlar Şurasının üzvü kimi aktiv və məhsuldar fəaliyyəti, onun həm əməkdaşlıq baxımından, həm də idarə heyətinin təmsilçisi olaraq sahənin və digər üzv ölkə CERT-lərinin inkişafına dəstəyi , o cümlədən 2017-ci ildə OİC ölkələri CERT-lərinin beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməsi yüksək qiymətləndirilib.
 
2013-cü ildən OIC-CERT təşkilatının tamhüquqlu üzvü olan CERT.GOV.AZ, 2016-cı il Səudiyyə Ərəbistan Krallığının Ciddə şəhərində keçirilən OİC-CERT-in 8-ci Qurultayından Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.
 
Qurultayda üzv ölkələrdən alınan təkliflər dəyərləndirildikdən sonra OİC-CERT-in növbəti 2023-cü il Beynəlxalq Konfransı üçün ev sahibi kimi Birləşmiş Ərəb Əmirliyi seçilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol