• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşanın mədəni irsi Azercell-in rəqəmsal təqdimatında

Şuşanın mədəni irsi Azercell-in rəqəmsal təqdimatında
07.11.2022 22:41
 Lider mobil operator növbəti dəfə Azərbaycan ədəbiyyatının incilərini elektron kitabın müxtəlif formalarında dünyaya çatdırır
 
"Azercell Telekom” mədəni irsimizi dünyaya tanıdıb onu müxtəlif dillərdə əlçatan etmək ənənəsinə sadiq qalaraq Qarabağ ədiblərinin əsərləri əsasında audiovizual məzmunlar hazırlanmasını nəzərdə tutan yeni sosial layihə həyata keçirir. 


Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2022-ci ilin "Şuşa İli” elan edilməsi ilə əlaqədar Azercell Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında Azərbaycan, Türk, İngilis, Rus və Fransız dillərində hazırlayaraq həm yerli, həm də beynəlxalq içtimaiyyətə təqdim edəcək. 


Audiokitablarla yanaşı, Azercell tərəfindən ilk dəfə audio-pyes rəfi yaradılacaq ki, bu da Nəcəf bəy Vəzirovun "Еv tərbiyəsinin bir şəkli” əsərinin çoxsəsli audiopyes formasında Azərbaycan dilində səhnələşdirilməsi təşəbbüsündən ibarət olacaq. Bundan əlavə, Şuşada yazıb-yaratmış müəlliflər və tarixi şəxsiyyətlər barədə məlumatlar da geniş auditoriya üçün podkastlar, komiks və animasiyalar formatında müxtəlif dillərdə təqdim ediləcək.


Əsrlər boyu Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində özünəməxsus yer tutub. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov və digər yazıçı və mütəfəkkirlərimiz Şuşa ədəbi mühitində göz açaraq püxtələşmişlər. Şuşa ədiblərinə həsr olunmuş bu layihənin tam təqdimatı dekabr ayı üçün nəzərdə tutulur.  


Xatırladaq ki, milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə "Azercell Telekom” bundan öncəki illərdə İmadəddin Nəsiminin seçmə qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox seçilmiş əsərini, "Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq oxuculara çatdırıb.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol