AMEA-dan Sabir Rüstəmxanlıya sərt cavab

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Yaqub Mahmudov Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlının 2003-cü ildə nəşr olunmuş 7 cildlik “Azərbaycan tarixi” barədə fikirlərinə cavab verib.
AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, Yaqub Mahmudov Sabir Rüstəmxanlının institutu keçmiş konsepsiyadan “qopa bilməməkdə” suçlamağının düzgün addım olmadığını söyləyib: “Sizi narahat edən 7 cildlik “Azərbaycan tarixi” 2003-cü ildə işıq üzü görüb. Sizə yaxşı məlumdur ki, Tarix İnstitutunun yeni rəhbərliyi 2004-cü ildən fəaliyyət göstərir. İnstitutda həyata keçirilən böyük işlər barədə Sizin özünüz də dəfələrlə müsbət fikir söyləmisiniz. 2003-cü ildə nəşr olunmuş 7 cildlik “Azərbaycan tarixi” barədə 2014-cü ildə fikir söyləməyinizi və institutu keçmiş konsepsiyadan “qopa bilməməkdə” suçlamağınızı əsla düzgün addım saymırıq və bu irad ünvanımıza Sizin tərəfinizdən söyləndiyi üçün dərin təəssüf hissi keçiririk. Gördüyümüz işlərə Sizin kimi milli təfəkkür sahiblərinin bu cür qiymət verməsi əməkdaşlarımız arasında ciddi anlaşılmazlığa səbəb olmuş və haqlı narazılıq doğurub”.Qeyd edək ki, bir müddət bundan öncə xalq şairi Sabir Rüstəmxanlı kütləvi informasiya vasitlərinə müsahibəsində AMEA-ının Tarix İnstitutunu keçmiş konsepsiyadan “qopa bilməməkdə”-lə günahlandırmışdı.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























