• $
  • €
  • ₽
  • ₺
  • £

Helsinkidə Zəfər Günü qeyd edildi

Helsinkidə Zəfər Günü qeyd edildi
08.11.2022 20:30
Finlandiyanın paytaxtı Helsinkidə 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Helsinki Azərbaycan Evində baş tutan tədbir "Azər-Türk” Gənclər Təşkilatınnın sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılığı və Azərbaycanın Finlandiyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşdirilib.
 
Tədbir torpaqlarımızın işğaldan qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Tədbirdə çıxış edən Ü.Cabbarova, Azərbaycanın Finlandiyadakı səfirliyinin əməkdaşı Nail Qocayev və Türkiyənin Finlandiyadakı səfirinin birinci müavini Hakan Özdəmir soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik ediblər. Əzəli torpaqlarımızın işğalına son qoyan milli mübarizəmizə diqqəti cəlb edən natiqlər bildiriblər ki, iki il öncə baş vermis Vətən müharibəsində qazandığımız parlaq qələbə Qarabağ münaqişəsinin bitməsi ilə nəticələnib, yüz minlərlə həmvətənimizin doğma yurd-yuvalarına və evlərinə dönməsinə imkan yaradıb.
 
Tədbir Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə isveçli rejissor və fotoqraf Mikael Silkeberg tərəfindən lentə alınan "Xarı bülbül əfsanəsi” sənədli filminin və Finlandiyada yaşayan Azərbaycan rəssamı Çingiz Abasovun "Qarabağ 30 il və 44 gün” əsərinin təqdim olunması ilə davam edib. "Şuşa ili” çərçivəsində lentə alınan "Xarı bülbül əfsanəsi” filmində Azərbaycan və dünya mədəniyyətində Şuşanın yeri, bu şəhərdə anadan olmuş, dünya mədəniyyətinə, musiqisinə və incəsənətinə böyük töhfələr vermiş şəxsiyyətlər haqqında məlumat verilib.
 
Tədbirin bədii hissəsində Finlandiyada yaşayan soydaşımız Könül Saedi, Mona Safojifar, Azərbaycan Evinin nəzdindəki həftəsonu Azərbaycan məktəbinin şagirdləri Rafael İmani Nicat Əhədov və Səid Mirzəyevin ifasında Zəfər Gününə həsr olunmuş mahnılar və şeirlər səsləndirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol