Meyxanaçı Rəşad Dağlı həbs edilib -Səbəb -Yenilənib

Noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun (Dağlı) şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Qaradağ rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir
---
Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.
Hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu İsgəndər adlı şəxs arasında mübahisə zəminində dava düşüb.
Rəşad Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.
Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.
Faktla bağlı araşdırma aparılır
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























