Nadir çəhrayı brilyant 28,5 milyon dollara satıldı

Dünyanın ən böyük çəhrayı brilyantlarından biri olan 18,18 karatlıq "Fortune" Cenevrədə keçirilən hərracda 28,5 milyon dollara satılıb.
Bildirilib ki, 18,18 Asiyadan olan alıcılar üçün uğurlu rəqəm hesab olunur. Telefon vasitəsilə baş tutan hərracda brilyant üçün üç iddiaçı iştirak edib və qiymət dörd dəqiqə ərzində 28,5 milyon dollara yüksəlib.
Məlumat üçün bildirək ki, çəhrayı brilyant planetin yalnız bir neçə yerində tapılır. "Fortune” kimi böyük qiymətli daşlar ən nadir brilyantlar sırasındadır.
Bugünə kimi satılan ən bahalı çəhrayı brilyant 2017-ci ildə Honq-Konqda keçirilən hərracda satılıb. 59,60 karatlıq unikal "Çəhrayı ulduz" adlı brilyant rekord qiymətə – 71,2 milyon dollara satılıb. Bundan başqa bu ilin noyabr ayının 4-də 11,15 karatlıq "Williamson Pink Star” adlı brilyant Honq Konqda 57,7 milyon dollara satılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























