“Meta” şirkəti 11 mindən çox işçisini ixtisar edib

"Meta” şirkəti gəlirlərinin azalması səbəbindən işçilərinin 13 %-ni və ya 11 mindən çox işçisini ixtisar edib.
"Report” xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin baş direktoru Mark Zukerberqin məktubuna istinadən məlumat yayıb.
"Bu gün sizə "Meta” şirkətinin tarixinin ən çətin qərarlarından birini açıqlamaq istərdim. Komandamızın sayını, təxminən, 13 % azaltmaq və ya 11 mindən çox istedadlı işçimizi ixtisar etmək qərarına gəldim. Biz həmçinin xərcləri azaltmaqla və işə qəbulla bağlı moratoriumun müddətini uzatmaqla daha kompakt və effektli şirkət olmaq üçün bir sıra əlavə addımlar atacağıq”, - Zukerberq bildirib.
Xatırladaq ki, 2022-ci ilin sentyabr ayının sonuna olan məlumata görə, bu şirkətdə 87 min nəfər işləyirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























