Bu şəxslər 10 illlik vergidən azad olunur

Azad edilmiş ərazilərin renzidentləri 2023-cü ilin 1 yanvarından etibarən 10 il müddətinə mənfəəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunur. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib
Qanun layihəsinə görə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.
www.anews.az

İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 2023-cü il yavrın 1-dən etibarən 1o il müddətinə vergidən azad olunur.
Qanun layihəsinə görə fiziki şəxs olan istehlakçilar tərəfindən azad edilmiş ərazilə daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər iistisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır.
Qanun layihəsi üzrə 42 bəndə əsas dəyişiklik edilib
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib