• $
  • €
  • ₽
  • ₺
  • £

Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq - DİN

Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq - DİN
10.11.2022 12:44
DİN Azərbaycan Xalq Cəbhəsi Partiyasının noyabrın 11-də aksiya keçirməklə bağlı müraciətinə münasibət bildirib.

DİN Mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, bir qrup şəxs noyabrın 11-də aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib və qurum aksiyanı məqsədəmüvafiq hesab etməyib.

"Lakin təşkilatçılar aksiyanı keçirməkdə israr edirlər. Əgər məqsədəmüvafiq hesab olunmursa, deməli aksiyanın keçirilməsinə razılıq verilməyib. Ona görə də şəhər İcra Hakimiyyəti ilə razılışdırılmamış aksiyaya cəhd olarsa qarşısı alınacaq”.

DİN əməkdaşı qeyd edib ki, bir neçə il əvvəl belə aksiyanın keçirilməsinə icazə verilib, lakin aksiyanın təşkilatçıları öz üzərilərinə düşən şərtlərə əməl etmədilər.

"Onlar qəsdən ictimai asayişin pozulmasına, insanların, nəqliyyatın hərəkətinə mane olmağa cəhd etdilər və qarşısı da alındı. Bunu nəzərə alaraq bu dəfə həmin ərazidə aksiya keçirilməsinə razılıq verilmədi”.

Zeyni Hüseyov onu da bildirib ki, hətta qanunsuz aksiya zamanı iştirakçılar polisin tələbinə tabe olursa, ona qarşı hər hansı bir müqavimətə cəhd göstərmirsə belə olan halda polis inzibati cəza tətbiq etmir, yalnız iştirakçılar ərazidən kənarlaşdırılırlar.
 
"Əgər aksiya zamanı iştirakçılardan hansısa polisin tələbinə tabe olmayıb ona qarşı müqavimətə cəhd göstərərsə belə şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Əgər noyabrın 11-də həmin şəxslər razılaşdırılmamış aksiyanın keçirilməsinə cəhd edərlərsə, qarşısı alınacaq və bu zaman baş verə biləcək hər hansı qanunazidd əməlin məsuliyyəti də təşkilatçıların üzərinə düşəcək”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol