2024-cü ilin sonuna kimi ölkədə internet problemi həll olunacaq - Nazir müavini

2024 cü ilin sonuna qədər Azərbaycanda bütün internet problemi həll olunacaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "telekommukasiya haqqında” qanunun müzakirəsi zamanı Rabitə və Nəqliyyat Nazirin müavini Samir Məmmədov deyib.
"Hazırda ölkənin 30 faizi fiboroptika ilə təmin olunub. 2024-cü ilin sonuna kimi ölkə üzrə bu problem həll olunacaq. İnternetin sürəti isə mimum 25 mb olacaq”, - nazir müavini bildirib.
Deputat Vahid Əhmədov qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, hazırda Bakının Mərdəkan qəsəbəsində internetin sürəti çox zəifdir.
Nazir müavini açıqlama verərək bildirib ki, Bakının kəndlərində belə bir problem artıq yoxdur.
www.anews.az

Digər deputatlar da bildirib ki, eyni problem onların yaşadığı ərazidə də var. Samir Məmmədov məsələni nəzarətə götürüb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib