• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobus sürücülərindən etiraz: “Bıçaq sümüyə dirənib”

Avtobus sürücülərindən etiraz: “Bıçaq sümüyə dirənib”
10.04.2014 12:05
“Sonuncu dəfə yanvar ayında əmək haqqı almışıq. Artıq üçüncü aydır ki, maaş üzünə həsrətik. Daha bıçaq sümüyə dirənib”. Bunu musavat.com-a paytaxtdakı marşrut avtobusunun sürücülərindən biri deyib. Adının çəkilməsini istəməyən sürücünün sözlərinə görə, “Transqeyt” MMC-nin rəhbər şəxsləri heç bir ciddi səbəb gətirmədən onların halal haqqını verməkdən imtina edirlər. Hətta bu səbəbdən bir neçə dəfə marşrut avtobuslarının sürücüləri xətdən çıxmaqdan imtina edib aksiya keçirmək niyyətinə də düşüblər. Lakin son anda rəhbərlik müxtəlif vədlər verərək onları fikrindən daşındırıb. Bununla belə sürücülər yaxın vaxtlarda tətilə başlamaqla bağlı müzakirələr aparırlar. Verilən məlumata görə, Bakının əsas marşrut avtobuslarının daxil olduğu şirkətin haqsızlığı artıq son həddə çatıb. “Ayda 150-200 manat maaş alırıq, onu da bizə çox görürlər. 40, 44, 100 və digər çoxsaylı marşrutların sürücüləri əməlli-başlı istismar olunur. Bizi qul əvəzinə işlədirlər, pulumuzu vermirlər”. Sürücülər planın çoxluğundan da şikayətçidir: “Hər gün 104 manat plan verirəm. Üstəlik 20 manat əlavə haqq ödəyirəm. Bunun da üzərinə 70 manatlıq yanacağı, yemək-içmək, siqaret pulu gələndə 200 manatdan artıq eləyir. Biz də 20 qəpiyə işləyən adamıq, nə gecəmiz, nə gündüzümüz var. Buna görədir ki, avtobus qəzalarının sayı çoxalıb. Sürücülər ölüm-dirim yarışına çıxırlar ki, axşam balasının boğazından kəsib planı ödəməsin. Bu yandan da verdikləri cüzi əmək haqqını da kəsiblər. Daha bu cür haqsızlığa dözmək olmur...”ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol