Gələn ilin büdcəsində hərbi xərclərə ayrılan pul azdır- DEPUTAT

Gələn ilin büdcəsində hərbi xərclərə ayrılan pul azdır, bunu Milli Məclisin "2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Bu yaxınlarda Ermənistan hərbi xərclərə ayrılan pulun məbləğini açıqladı. Müqayisədə bizim hərbiyə ayırdığımız pul iki dəfə çoxdur. Regionda baş verən prosesləri nəzərə alaraq təklif edirəm ki, buna xüsusi diqqət edilsin. Hər an hər şey baş verə bilər. Ordu lazımı vəsaitlərlə təmin olunmadır”, - Qüdrət Həsənquliyev bildirib.
Deputat bu yaxınlarda səs yazısı yayılmış Babək Səmidlinin səs yazısına aydınlıq gətirilməsini də təklif edib.
"Səs yazısında deyilirdi ki, əsgərlərin 40 faizi qoruyucu gödəkcələrlə təmin olunub. Bu səs yazısı sosial şəbəkələrdə yayılıb. Buna aydınlıq gətirilməlidir. Əgər doğrudursa aydınlaşdırılmalıdır”, - deputat açıqlayıb.
Bu günlərdə zabit, polkovnik Babək Səmidlinin səs yazısı yazılıb. Səs yazısında Səmidli əsgərlərin müharibə vaxtı lazım olan təminatlarla təmin edilməməsindən narazılıq edib.
Deputat Əli Hüseynli Qüdrət Həsənquliyevə cavab olaraq bildirib ki, bu səs yazısı Azərbaycan Ordusuna kölgə salmaqdan ötrü yayılan bir səsdir. Səs yazısının heç bir əsası yoxdur.
Babək Səlimov 2020-ci ilin noyabrında Ağdərə istiqamətində işğaldan azad edilmiş ərazidə-Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub. O, Göyçayda dəfn olunub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























