• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi şəhid ailələrinin valideynləri acınacaqlı vəziyyətdə yaşayır - DEPUTAT

Bəzi şəhid ailələrinin valideynləri acınacaqlı vəziyyətdə yaşayır - DEPUTAT
11.11.2022 15:57
Bir qism şəhid ailələrinin valideynlərin ev məsələsi hansısa bir qaydada həll etmək məqsədəuyğun olar, Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputt Elnur Alahverdiyev deyib.
 
"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu istiqamətdə lazım olan tədbirləri görürür. Amma bəzi məqamlar var ki, bunu bildirmək istəyirəm. Deputat olduğum ərazidə şəhidin anası 12 kv-lıq evdə acınacaqlı vəziyyətdə yaşayır. 3000 min şəhidin üzərindən bu problemə baxsaq 3-5 faiz belə ailələr olar. Təklif edirəm bu cür acınacaqlı vəziyyətdə yaşayan şəhid valideynlərinə diqqət ayrılsın", - deputat bildirib.
 
Deputat bununla bağlı təklif də irəli sürüb.
 
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini başçılığı ilə müvafiq icra strukturları, eləcə də qanunverici orqanın da iştirakı ilə xüsusi komissiya yaradıla bilər. Mən şəxsən bu komissiyanın işində iştirak etməyə hazıram. Bu qurum həmin ailələrin, daha doğrusu, valideyinlərin mənzil şəraiti ilə yaxından tanış olub, gerçək vəziyyətin analizini həyata keçirə bilər. Belə valideyinlərə mənzillərin əldə olunmasında dövlətlə yanaşı, sosial tərəfdaşlar, özəl sektor yaxından iştirak edə bilər. Bizim belə uğurlu çözüm modellərimiz çoxdur. Məsələn, YAŞAT fondu. 10 milyonuq. Hər ailə belə bir fonda 2-3, yaxud 5 manat könüllü şəkildə ianə etsə, ehtiyacı olan şəhid valideyinlərinə mənzil probleminin çözümünə yardım etmiş olar" - Allahverdiyev söyləyib.
 
Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü şəhidin ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
 
Yəni, bu təqaüd şəhidin qanunla müəyyən edilmiş ailə üzvləri arasında bölünməklə verilir. Şəhidin ailə üzvləri isə qanunla aşağıdakılar müəyyən edilmişdir: Şəhidin arvadı (rəsmi nikahı olan), valideynləri,18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarıdır.
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol