Məktəbdaxili qiymətləndirmələr rəqəmsallaşdırılır

Ötən tədris ilindən pilot olaraq tətbiqinə başlanılmış məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesi davam edir.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 2021-2022-ci tədris ilindən fərqli olaraq cari tədris ilində kiçik summativ qiymətləndirmələrin də rəqəmsal təşkilinə başlanılıb.
Bildirilib ki, rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.
Ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilərlər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib