Həssas təbəqədən olan 600 min uşaq müavinət alır

Hazırda 600 min uşaq dövlətdən vəsait alır. Bunu Milli Məclisin "2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı nazir Sahil Babyev deyib.
"Həssas ailələrə uşaq pulu verilməsi bir neçə dəfə təklif olunur. Bildirmək istəyirəm ki, hazırda 600 min uşaq müxtəlif sosial yardımlar alır. Ünvanlı sosial yardım, sağlamlıq məhdudiyyətli uşaqların aldığı müavinə, beş uşaqlı ailələrin aldığı sosial müavinət buna nümunədir. ", - nazir bildirib.
Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı bir neçə deputat uşaq pulunun verilməsini təklif edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























