• $
  • €
  • ₽
  • ₺
  • £

"Bahar Əməliyyat Şirkəti" işçilərinin maaşını ödəmir - ŞİKAYƏT

"Bahar Əməliyyat Şirkəti" işçilərinin maaşını ödəmir - ŞİKAYƏT
14.11.2022 14:14
"Bahar Enerji” Əməliyyat Şirkəti 3 aydır işçilərin maaşlarını vermir. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı anews. az -a açıqlamasında bildirib.

Şikayətçilər Mirvari Qəhrəmanlıya bildiriblər ki, sonuncu dəfə onlara sentyabrın 30-da  80 manat məbləğində maaş verilib.
 
"Burada işçilərə sahib çıxan yoxdur. Bəs hasil olan neft necə oldu? ƏŞ-nin hasil etdiyi neftdən gəlir əldə edilmirmi?",- Qəhrəmanlı deyib.
 
Onun sözlərinə görə, daimi əməkmüqaviləsi olan işçilərlə əməliyyat şirkəti rəhbərliyi müddətli müqavilə bağlamağa çalışır. Bu isə onlara işdən çıxarmaq istədikləri işçiləri asanlıqla isiz qoymaq imkanı verəcək. 
 
Neftçilər əmək haqqısız çalışdıqlarını  bildirirlər. 
 
"Evimizə aparmağa çörək pulumuz yoxdur. Rəhbərliyə bununla bağlı narazılığımızı da bildirimişik. Bilmirik niyə belə edirlər, neft çıxarılır, iş gedir, amma iki aydır maaş ala bilmirik. Əməliyyat Şirkətinin hasil etdiyi neftdən gəlir əldə etmirlərmi? Hanı o pullar?", - fəhlələr  narazılıq edib. 
 
Məsələ ilə bağlı Bahar Əməliyyat Şirkətində paya malik olan Azərbaycan Dövlət Neft şirkətinə (SOCAR)  rəsmi sorğu ünvanlasaq da, cavab ala bilmədik.
 
Oxşar hadisə daha əvvəldə baş verib. Mediada işıqlandırıldıqdan sonra məsələ öz həllini tapıb.  

"Bahar Enerji” Əməliyyat Şirkəti ARDNŞ və "Bahar Enerji Limited” arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" yatağının və "Qum-dəniz" yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 2010 cu il oktyabrın 1-dən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Energy Ltd şirkətinin təsisçisi və əsas payçısı (80%) Greenfields Petroleum və  SOCAR–dır (iştirak payı 20%).  
 
Aytac Zeynalova
 
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol