DMX-nin mətbuat katibi işdən ÇIXIB

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov işindən ayrılıb. Bu barədə özü məlumat yayıb.
O, bildirib ki, fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcək.
Elnur Kələntərov 2020-ci ilin yanvarından Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinə rəis təyin olunub. Bundan əvvəl Elnur Kələntərli bir sıra telekanallarda çalışıb. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat katibi, ictimaiyyətlə əlaqələr sektorunun müdiri, aparat rəhbərinin müavini və aparat rəhbəri vəzifələrində işləyib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























