Ermənistan bir sıra ölkələrdən silah alınması ilə bağlı danışıqlar aparır

Ermənistan hazırda bir sıra ölkələrlə silah və hərbi texnikanın alınması ilə bağlı fəal danışıqlar aparır.
Bunu noyabrın 14-də jurnalistlərə hakim "Mülki müqavilə” fraksiyasının üzvü, NA-nın Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədr müavini Armen Xaçatryan deyib.
Jurnalistləri bu mövzunu işıqlandırmaqda təmkinli və ehtiyatlı olmağa çağıran deputat konkret hansı ölkələrlə olduğunu açıqlamayıb.
"Aydındır ki, bu gün Ermənistanın silah və sursata hava kimi ehtiyacı var. Ermənistan ordusunda Rusiya silahları üstünlük təşkil edir, lakin elə silah növləri var ki, onları başqa ölkələrdən almağa üstünlük verilir, məsələn, pilotsuz təyyarələr. Erməni mütəxəssislər hava hücumundan müdafiə sistemlərinin, o cümlədən radioelektron sferanın inkişafı sahəsində kifayət qədər mühüm uğurlar əldə ediblər. "Bu istiqamətdə ciddi iş aparılır və ümumilikdə Ermənistanın gələcəyi yaxşı inkişaf etmiş hərbi sənayedir”, - o deyib.
Bundan əvvəl Ermənistanın İran və Hindistandan silahlar alması barəsində mediada xəbərlər paylaşılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























