• $
  • €
  • ₽
  • ₺
  • £

D18 hərəkatının 3 üzvü həbs edilib

D18 hərəkatının 3 üzvü həbs edilib
15.11.2022 09:53
D18 hərəkatının 3 üzvü  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin polisə tabe olmamağı nəzərdə tutan 535.1 maddəsi ilə  30 gün müddətində həbs edilib. Bu barədə D18 hərəkatının sədri Əhməd Məmmədli sosial şəbəkə hesabında yazıb. 
 
"10 noyabr axşam saatlarında İşçi Masası Kuryerlər Birliyinin üzvü Orxan Zeynallı evindən oğurlanır və 30 sutka həbs cəzası verilir. 11 noyabr səhər saatlarından İşçi Masasının Kuryerlər Birliyinin aktiv üzvlərinə "Wolt” şirkəti təzyiq edir və işdən uzaqlaşdırır, 11 noyabr axşam saatlarında Hərəkatımızın İdarə Heyətinin üzvü Afiəddin Məmmədov və Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadə də eyni qaydada mülki geyimli polis əməkdaşları tərəfindən oğurlanır və Afiəddin Məmmədova 30 sutka həbs cəzası verilir",  -  Əhməd Məmmədli yazıb.

O, prokurorluğa çağırıldığını da bildirib. 

"Türkiyədə təhsilimlə bağlı hələ iyunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyim və iyulda magistratura pilləsinə qəbulla bağlı möhlət hüququ əldə etdiyim sənədlərin  əsassız olduğu  və növbəti həftə prokurorluğa çağırıldığım bildirilib”, - Məmmədli qeyd edib.

Məsələ ilə bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə sorğu ünvanlanıb. Lakin hələlik cavab verilməyib. 
 

İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində görə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə ,fiziki şəxslər yüz manat məbləğində cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

D18 ( Demokratiya 1918) Hərəkatı 2013-cü il martın 18-də  yaradılıb. Hərəkatın məqsədi fərqli baxışlarla birlik gətirən demokratik toplumcu bir təşkilat yaratmaq olub. Hərəkatın 150-dən çox üzvünün olduğu bildirilir. 
 

Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol