Elçin Sadıqovun şikayəti təmin edilmədi

Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Muradovanın sədrliyi ilə vəkil Elçin Sadıqovun şikayətinə baxılıb. Bu barədə Vəkil öz sosial şəbəkə hesabında paylaşım edib.
"Baş Prokurorluğun istintaq idarəsinə qarşı telefonlarımın və kompüterimin yaddaş kartının götürülməsi, açılması, məlumatların ələ keçirilməsi, telefonların və yaddaş kartının geri qaytarılmamasının qanunsuz hesab edilməsi barədə şikayətim təmin edilmədi.
Prokurorluq bildirdi ki, Elçin Sadıqovun vəkillik fəaliyyəti ilə bağlı məlumatlara baxmayacağıq. Hakim də dərhal buna "inandı”. Qərar verdi ki, vəkil sirri zadı boş şeydir, əsas olan odur ki, prokurorluq narazı qalmasın.
Vəkil Elçin Sadıqov bir müddət əvvəl Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub. Vəkil Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























