Erməni deputat - Qarabağda orduda və xəstəxanalarda ixtisar var

Xocavənddə hərbi hospital bağlanıb və işçilərə bağlama səbəbi açıqlanmayıb. Bunu Ermənistan mediasına müsahibəsində deputat Metaxe Akopyan deyib.
Deputatın sözlərinə görə baş verənlər Paşinyana edilən təzyiqin nəticəsidir.
"Paşinyana kənardan təzyiqlər edilir, O, Qarabağ("Artsax") hakimiyyətinə təzyiq edir. "Güman edirəm ki, bu, Paşinyanın göstərişi ilə edilir və Azərbaycan ona göstəriş verib”, - deyə müxalifətçi deputat vurğulayıb.
Ermənistan mediası yazır ki, hökumətin son iclasında Ermənistanın baş naziri Nikol Paşinyan "Soçidə Rusiya və Azərbaycan liderlərinə təklif edib ki, əgər Qarabağda beynəlxalq təminatlı demilitarizasiya zonası yaradılarsa, onda Qarabağa bu böyüklükdə Müdafiə orduları lazım olmaya bilər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























