AXCP üzvü həbs edilib

AXCP-nin Salyan şöbəsinin üzvü olan Rövşən Məmmədov Səbayel rayin məhkəməsinin qərarı İnzibati Xətalar Məcəlləsinin 510 (Xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə tabe olmama) maddələri ilə təqsirli bilinərək bir ay müddətinə həbs edilib.
Məmədov 2022-ci il noyabrın 11-də saat 16.00 radələrində AXCP-nin Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilən aksiya zamanı saxlanııb.
Sözügedən aksiyadan sonra Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, o, aksiya zamanı polis avtomobilinə ziyan vurmaqda günahlandırılır.
"Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib”, - DİN məlumatında bildirilib.
AXCP sədr müavini Seymur Həzi məsələ ilə bağlı araşdırma aparıldığını və avtomobilin şüşəsinin həqiqətən Məmmədov tərəfindən qırılmasına şübhə ilə yanaşdığını bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























