• $
  • €
  • ₽
  • ₺
  • £

Arif Hacılı sərbəst buraxılıb

Arif Hacılı sərbəst buraxılıb
15.11.2022 17:44
Bu gün bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib.
 
"Cəhdin qarşısı alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Saxlanılan yoxdur", - DİN rəsmisi vurğulayıb.
 
**********
 
 İranın Azərbaycandakı səfirliyi qarşısında saxlanılan Musavat partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb. Bu barədə Anews.az-a özü məlumat verib. 
 



"Aksiyadan öncə 16 nəfərlə birlikdə bizi İran Səfirliyi yaxınlığında polis maşınına mindirərək ərazidən uzaqlaşdırdılar. İki saat şəhərdə gəzdirdikdən sonra bir-bir buraxmağa başladılar. Məni Ağ şəhər tərəfdə sərbəst buraxdılar”, - Hacılı bildirib.


 Onun sözlərinə görə, polislər daha 68 nəfərin saxlanıldığını bildirib. Amma Arif Hacılı saxlanılanların daha çox olduğu qənaətindədir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev aksiya və saxlanılanlar barədə az sonra açıqlama verəcəyini bildirib.


 

Bu gün Müsavat partiyası İranın Azərbaycandakı Səfirliyi qarşısında aksiya keçirib. Aksiyanın keçirilməsində məqsədin İranda dinc nümayişçilərə qarşı amansız davranışlar və anti-azərbaycan siyasətinə etiraz olduğu bildirilib.

 

 


 Lida Abbaslı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol