Öldürdüyü meyiti soyuducuda gizlədən şəxsə hökm oxundu

Prokuror Bakıda 24 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən Bakı Balıq hisləmə zavodunda qeydə alınıb.
Belə ki, zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov oradakı 2 saylı sexdə usta kimi çalışmış Mübariz Rəsulovla aralarında yaranmış mübahisə zamanı ona çoxsaylı bıçaq zərbələri yetirərək xüsusi amansızlıqla öldürüb. O, sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.
Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq, onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























