• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Əhliman Əmiraslanovla bağlı sərəncam İMZALADI

Prezident Əhliman Əmiraslanovla bağlı sərəncam İMZALADI
16.11.2022 17:38
Əhliman Tapdıq oğlu Əmiraslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
 Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
 Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakultəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.
 
1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub.
 
1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb.
 
1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş, 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışıb.
 
1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb.[10] Yeni Azərbaycan Partiyasının üzvüdür.
 
1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2007-ci ildən həm də universitetin Onkoloji klinikasının direktorudur.
 
Ə. T. Əmiraslanov 1998-ci ildə Polşa Tibb Elmləri Akademiyasının, həmçinin 2001-ci ildə indiki Rusiya Elmlər Akademiyasının xarici üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,[2] AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilib. 2006-cı ildən UNESKO-nun "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESKO-nun ekspertidir.
 
O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi seçilib. 2010-cu il aprel ayının 30-da ölkə Prezidentinin Sərəncamına əsasən Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyanın, həmçinin "Azərbaycan Respublikasının Milli Atlası"nın tərtibi üzrə redaksiya heyətinin üzvü təyin olunub.
 
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı və 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib, eyni zamanda Səhiyyə komitəsinin sədridir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol