• $
  • €
  • ₽
  • ₺
  • £

Space TV-nin yayımı müvəqqəti DAYANDIRILIR

Space TV-nin yayımı müvəqqəti DAYANDIRILIR
16.11.2022 18:12
Bu gün Audiovizual Şuranın iclası keçirilib.
 
Audiovizual Şuradan verilən məlumata görə, iclasda "Space TV" redaksiyasının (kanalının) efirində baş vermiş qanun pozuntusu ilə bağlı məsələ müzakirə olunub və peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə Şuraya daxil olmuş 2 müraciətə baxılıb.
 
İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan "Space" Müstəqil Televiziya və Radio Şirkətinin "Space TV" redaksiyasının (kanalının) efirində 14 noyabr 2022-ci il tarixdə saat 12:00-14:45 arası yayımlanan "Gəl danış" proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla da "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.5-ci maddəsinin tələbinin (mediada yayımlanan informasiyada zorakılıq və qəddarlıq təbliğ olunmamalıdır) pozulması faktı müzakirə olunub.
 
Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "Space TV" redaksiyasının efirində 17 noyabr 2022-ci il tarixdə proqramların yayımının 3 (üç) saatlıq müddətə (saat 12:00-dan saat 15:00-dək) dayandırılması haqqında qərar verib.
 
Daha sonra, peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə "Baku TV" MMC və "Beat Media" MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb. İddiaçılar tərəfdən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat verib və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd ediblər.
 
Şura üzvləri geniş müzakirələrdən sonra "Media haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının "Baku TV" MMC-yə (televiziya redaksiyasının adı: "Baku TV") və "Beat Media" MMC-yə (televiziya redaksiyasının adı: "Beat TV") verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol