• $
  • €
  • ₽
  • ₺
  • £

11 saylı notariusda öz başınalıq var?- İDDİA

11 saylı notariusda öz başınalıq var?- İDDİA
17.11.2022 12:00
Bakıda 11 saylı Notariat Şöbəsində müdirin özbaşınalıq hallarına yol verməsi iddia olunub. Bu barədə jurnalist İlkin Muradov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, ötən həftə sonu 11 saylı notariat şöbəsinə gedib.

"Bacanağım mənə ümumi etibarnamə verməli idi. Əməkdaşlardan birinə yaxınlaşdıq. Ümumi etibarnamənin tələblərini etibarnaməni verən adama izah elədi.

Etibarnaməni verən də etiraz etmədi. Sonra birdən qayıtdı ki, müdirin yanına gedin, sizə 1-2 sual verəcək. Dedik ki, nə sualı? Alan razı, verən razı. Müdirə nə? Nəsə, müdirin yanına keçdik. Səhv etmirəmsə, adı İlqar idi. Bizə qədər bağlı qapı arxasında çox adam qəbul eləmişdi. Otağına girəndə dedi ki, ancaq etibarnaməni verən qalsın. Mən qapıda gözləyəndə 3-4 dəqiqəyə bacanağım çıxdı. Dedi ki, vermədi. Müdir deyib ki, imzanı çək. Bacanaq da imzasını dəftərə çəkib. Özünü ağıllı hesab edən müdir deyib ki, şəxsiyyət vəsiqəsindəki imzaya oxşamır. Buna başa salmaq olmayıb ki, vəsiqədəki adam burdadır, vəsiqədəki imza da elektron qələmlə çəkilib. Tələb absurd idi. Bəlkə də bunun üçün rüşvət istəyirdi”,- jurnalist vurğulayıb.

Jurnalist daha sonra ASAN xidmət mərkəzlərindən birinə gedib.

"Növbəmiz bizə çatanda cəmi 5-6 dəqiqəyə etibarnaməni aldıq. Bizə sadəcə etibarnamənin tələblərini, şərtlərini izah elədilər. ASAN Xidmətdə olanda xanımlardan birindən 11 saylıdakı özbaşınalığın, imza tələbinin səbəbini soruşdum. Xanım gülümsəyərək belə cavab verdi: "11 saylı notariuslar içində notarius yaradıb. Onların fəaliyətini şərh etmək istəmirəm”,- Muradov bildirib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmisi Aynur Sabitova bildirib ki, iddialar araşdırılacaq.
 
Aytac

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol