• $
  • €
  • ₽
  • ₺
  • £

Odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb

Odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb
17.11.2022 14:16
Ölkədə odunla qızdırılan məktəblərin konkret siyahısı var. Həmin siyahıya uyğun olaraq hər il dövlət proqramına əsasən müxtəlif sayda məktəblərin qazlaşdırılması və ya digər enerji mənbələri ilə qızdırılması istiqamətində işlər həyata keçirilir. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O, nazirliyin hədəfinin odunla qızdırılan məktəblərin sayını ildən-ilə azaltmaq olduğunu bildirib. Şöbə müdirinin müavini söyləyib ki, bununla bağlı hər il müvafiq işlər görülür və buna uyğun olaraq çoxlu sayda məktəblər hər il qazla qızdırılan mərkəzləşdirilmiş istilik sisteminə qoşulur.

Nazirlik rəsmisi Azərbaycanda ümumtəhsil müəssisələrinin qızdırılması üçün hələ də odundan istifadənin səbəblərini açıqlayıb. Odunun ənənəvi yanacaq növü olduğunu bildirən O.Abbasov hazırda ölkədə bəzi məntəqələrin qazlaşdırılmadığını xatırladıb.

O, həmçinin deyib ki, hətta bəzi məntəqələrdə qaz olsa belə, "mavi yanacağ"ın mövcud təzyiqi məktəbin qızdırılmasına imkan vermir. Bundan əlavə, bəzi məktəblərin qəzalı vəziyyətdə olması həmin təhsil ocaqlarının qazlaşdırılmasına maneə yaradır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol