• $
  • €
  • ₽
  • ₺
  • £

İranda yaşayan azərbaycanlılara təhsil güzəşti ediləcəkmi? - VİDEO

İranda yaşayan azərbaycanlılara təhsil güzəşti ediləcəkmi?  - VİDEO
17.11.2022 17:07
İranda yaşayan azərbaycanlıların Azərbaycan universitetlərində təhsili üçün güzştlər tətbiq edilməlidir. Bunu millət vəkili Qənirə Paşayeva təklif edib.
 
"İranda yaşayan soydaşlarımız ana dilində təhsil almaq hüququndan məhrumdular. Onlara güzəşt edilməlidir. Onların Azərbaycanda təhsil haqqı xaricilərlə eyni olmamalıdır. Ümumiyyətlə harada yaamasından asılı olmayaraq bütün soydaşlarımızın Azərbaycanda təhsil hüququ Azərbaycan vətəndaşları ilə eyni olmalıdır", millət vəkili Qənirə Paşayeva Milli Məclisin cümə axşamı keçirilən iclasında 2023-cü ilin Dövlət Büdcəsi layihəsinin müzakirəsi zamanı təklif edib. 
 
O, həmçinin bildirib ki, müxtəlif sahələr üzrə dövlət proqramlarının həyata keçirilməsinə nəzarət tətbiq olunmalıdır. 
 
"Bir çox proqramların icrası bitir, amma problem həll olunmur. Bu səbəbdən dövlət proqramlarının icrasına nəzarət gücləndirilməlidir. Mədəniyyətlə bağlı bir çox sahələrdə əmək haqqı artırılmasa onlarda işləyənlərlə bağlı kadr azlığı  ilə üzləşə bilərik",  - Paşayeva bildirib.
 
Onun fikrincə, icbari tibbi sığorta onkoloji xəstəliklər, autizm və süni mayalandırma halları üçün də tətbiq edilməli, dərmanların qiymətinin aşağı salınması ilə bağlı mexanizm işlənməli, aliment fondu yaradılmalı, Tovuz və Şəmkirdə Zələmçay  su anbarı tikilməli, uşaq yeməyi və bezlərin qiyməti azaldılmalıdır.  
 
Lida Abbaslı
Gülnar Nazimqızı
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol