• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xərçəng diaqnozu qoyuldu, Türkiyədə tam əksi çıxdı - Video

Azərbaycanda xərçəng diaqnozu qoyuldu, Türkiyədə tam əksi çıxdı - Video
18.11.2022 09:56
Bakıdakı özəl klinikalardan birində pasientə yanlış diaqnoz qoyulub. Bu barədə  "Xəzər Xəbər"ə 30 yaşlı Rəşad Cəbiyev danışıb.
 
Xəstəyə Yastı epitel karsinoma, orta dərəcəli differensasiya, yəni ağız xərçəngi olduğu deyilib.

Rəşad Cəbiyevin üst-çənə nahiyəsində problem olduğu üçün Milli Onkologiya Mərkəzindən "City Hospital"a əkilmə göndərilir. Bir həftə sonra Rəşad Cəbiyevə xərçəng xəstəliyi diaqnozu qoyulub və əməliyyat etmək istəyiblər.
 
"Sonra anlizlərimi Bakı Patologiya Mərkəzinə təqdim etdim. Əkilmənin cavabı müsbət gəldi. Bu cavabları götürüb Türkiyəyə getdim".

Lakin Türkiyədə xəstəyə başqa cavab verilib. Məlum olub ki, onun dişinin dibi xərçəng xəstəliyi yox, texniki travmaymış. 

Rəşad deyir ki, xəbəri eşidəndə yaşlı valideynləri, ailəsi ciddi sarsıntı keçirib.

Hadisə ilə bağlı xəstənin "City Hospital"dakı həkimi Şahin Osmanov məsələyə münasibət bildirməkdən imtina edib.

Vəkil Günay Cəfərli məsələnin hüquqi tərəflərinə diqqət çəkib.

Səhiyyə Nazirliyindən isə bildirildi ki, vətəndaşın diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin profilə uyğun ixtisaslaşmış tibb müəssisəsində yenidən müayinənin aparılması məqsədəuyğundur. Bu da vətəndaşın Səhiyyə Nazirliyinə rəsmi müraciəti əsasında mümkündür. Bundan sonra alınan nəticəyə uyğun olaraq aidiyyəti tədbirlər görülə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik:
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol