• $
  • €
  • ₽
  • ₺
  • £

FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi
18.11.2022 13:56
Fövqəladə Hallar Nazirliyi (FHN) heyvandarlıqla məşğul olan şəxslərə müraciət edib.

FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, heyvandarlıqla məşğul olan vətəndaşlar tərəfindən qış mövsümü üçün tədarük edilən və tez alışma xassəsinə malik quru otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına və digər yanğın təhlükəli ərazilərə yığılması hallarına yenə də tez-tez rast gəlinir. Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma və digər səbəblər ot tayasının asanlıqla yanmasına və qısa müddətdə genişlənərək böyük faciələrə gətirib çıxarır.
 
Fövqəladə Hallar Nazirliyi bir daha heyvandarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, qaba yemlərin toplanması zamanı ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətləri ilə 15 metr, avtomobil yolları ilə 20 metr ara məsafəsi gözlənilməlidir.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol