• $
  • €
  • ₽
  • ₺
  • £

Partiya sədrinin ölkədən çıxışına QADAĞA QOYULDU

Partiya sədrinin ölkədən çıxışına QADAĞA QOYULDU
18.11.2022 16:49
Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Anar Əsədli özünün "Facebook" hesabında məlumat yayıb.
 
"Bu gün Ankaraya səfərim var idi və hazırda qanunsuz olaraq ölkədən çıxışıma Daxili Işlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb.
 
Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa, o zaman xalqımıza, media nümayəndələrinə və beynəlxalq ictumaiyyətə geniş məlumat veriləcək. Mən hələ də ümid edirəm ki, bu kiçik bir məmur yanlışlığıdır", Anar Əsədli bildirib.
 
Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.
 
Azərbaycan Yüksəliş Partiyası 16 iyul 2020-ci ildə elan olunub. Partiyanın Təsis Qurultayı 6 dekabr 2020-ci ildə keçirilib, 15 oktyabr 2021-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Partiyanın strukturu Baş Məclis, Başqanlıq Heyəti, Siyasi Heyət, İcra Aparatı və Məsləhət Şurasından ibarətdir.

 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol