• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell ilə “Yeni bağlar həyata bağlar”

Azercell ilə “Yeni bağlar həyata bağlar”
18.11.2022 18:15
Mobil operator müxtəlif yaş qruplarından olan insanlar üçün dünyanı daha yaxın edir


18 noyabr tarixində Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində "Azercell Telekom” tərəfindən həyata keçirilən yeni sosial layihənin təqdimatı baş tutdu. Lider operatorun əməkdaşlarından ibarət "Azercell Könüllüləri” qrupu və Azeronline şirkətinin dəstəyi ilə reallaşan layihə Azercell şirkətinin "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə bilavasitə bağlıdır və yaşından, sosial statusundan asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər rabitə imkanları yaratmaq, onlar üçün sürətli bağlantını və mobil interneti əlçatan etmək məqsədini daşıyır. 


Layihə çərçivəsində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində məskunlaşan 200-ə yaxın təqaüdçünün artıq yüksəksürətli internetdən rahat şəkildə yararlanmaq imkanı olacaq. Belə ki, şirkətin dəstəyilə müəssisənin əsas korpusunun dörd məntəqəsində Azeronline internet xətti çəkilib və əlavə olaraq 4G wifi cihazı hədiyyə edilib ki, bu da korpusda rahat şəkildə internetdən istifadə etməyə şərait yaradacaq. Əlavə olaraq, müəssisəyə hər ay yenilənən 25 GB internet paketi və internetin bəxş etdiyi üstünlüklərdən əyani şəkildə yararlanmağa imkan verəcək laptoplar, qulaqlıqlar və planşet cihazları da hədiyyə edilib. 
Qeyd edək ki, müəssisənin sakinləri üçün Azercell Könüllüləri və şirkətin texniki əməkdaşları tərəfindən avadanlıqlar və internetdən istifadə ilə bağlı xüsusi təlimat proqramı da təşkil olunub. Müəssisəyə xüsusi ezam olunan Azercell Mobil Müştəri Xidmətləri isə sakinlərin mobil nömrə ilə bağlı əməliyyatlarını yerində həyata keçirməyə və bütün suallarını cavablamağa dəstək olub.  


Azercell-in bu sosial təşəbbüsü əlçatan və sürətli internet vasitəsilə ahıl yaşlı vətəndaşlarımızın həyatını daha aktiv və rəngarəng etməyə, onların həm yaxınları ilə ünsiyyətini, həm də xəbər portallarından, əyləncə kanallarından rahat istifadəsini təmin etməyə istiqamətlənib. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol