• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı

“Nar”ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı
21.11.2022 15:36
"Nar”ın eşitmə məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə təşkil etdiyi "Təlim Məktəbi” sosial layihəsinin cari il üçün birinci mərhələsi başa çatıb. 3 ay davam edən təlimlərdə manikür ustası sənəti üzrə peşə biliklərinə yiyələnmiş 10 iştirakçıya sertifikatlar təqdim edilib. Təlim müddətində iştirakçılara manikür peşəsinə aid bütün biliklər və dırnaq üzərində dizayn işləri öyrədilib. 


Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etməkdir. Təlimlərin istiqaməti daha çox əmək bazarında təlabat olan sahələr üzrə müəyyənləşdirilir. 


"Təlim məktəbi” layihəsinin tərəfdaşı olan "Karlarа Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov layihənin önəmindən danışaraq vurğulayıb: "Bu layihədə tərəfdaş kimi çıxış etmək qürurvericidir, çünki "Təlim Məktəbi” layihəsi eşitmə məhdudiyyətli gənclərin həyatında köklü dəyişikliyə səbəb olur. Təlimdən keçmiş bütün iştirakçılara uğurlar arzu edirəm”. "Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov isə sözügedən layihənin gənclərin həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. "Bu təlimdə əldə etdikləri biliklər iştirakçılara manikür peşəsi üzrə sərbəst işləməyə, hətta öz bizneslərini qurmağa da imkan yaradır. Əsas məqsədimiz bu kəsimdən olan gənclərin monetar sərbəstlik qazanmasına dəstək olmaqdır” - deyə o bildirib.   


 "Nar”ın "Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində  "KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. "Nar”ın cəmiyyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi digər layihələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz. 


"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol