• $
  • €
  • ₽
  • ₺
  • £

"AZERCELL CUP” müsabiqəsinin birinci mərhələsi başa çatıb

"AZERCELL CUP” müsabiqəsinin birinci mərhələsi başa çatıb
21.11.2022 20:53
İnformatika və Proqramlaşdırma yarışında müsbət nəticə göstərən şagirdlər növbəti tura vəsiqə qazanıb

"Azercell Telekom” MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqda 19 noyabr 2022-ci il tarixində təşkil etdiyi proqramlaşdırma üzrə "AZERCELL CUP” müsabiqəsinin birinci mərhələsi yekunlaşıb. Nəticələrə əsasən 200 və daha artıq bal toplayan şagirdlər növbəti turda iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, "AZERCELL CUP" informatika və kompüter elmləri sahəsində məktəb təhsilinin dəstəklənməsi, həmçinin məktəblilərin alqoritmik düşünmə qabiliyyətinin inkişafı məqsədi ilə keçirilir.

Müsabiqənin ikinci mərhələsi dekabr ayının ikinci ongünlüyündə əyani formatda keçiriləcək. Tarix dəqiqləşdikdən sonra iştirakçılara məlumat təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsi ilə göndəriləcək. Qalib elan olunacaq 30-a yaxın şagird diplom və medallarla, həmçinin "Azercell Telekom” MMC tərəfindən dəyərli hədiyyələrlə təltif olunacaq.
Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq  proqramlarında iştirak etmək imkanı qazanacaqlar.
Ölkənin lider mobil operatoru 2017-ci ildən etibarən informatika fənni üzrə olimpiadalara hazırlıq prosesində məktəblilərə dəstək olur, gəncləri kompüter mühəndisliyi və proqramlaşdırma sahəsinə cəlb etməklə texnoloji gələcəyin qurulmasına töhfə verir



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol