• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhədə şəhid olan əsgərimiz dəfn edildi - FOTO

Cəbhədə şəhid olan əsgərimiz dəfn edildi - FOTO
09.04.2014 14:48
 Fizuli rayonunda təmas xəttində minaya düşərək dünyasını dəyişən əsgər Seyfəddin Nəvai oğlu Kərimov bu gün doğulduğu Gəncə şəhərində torpağa tapşırılıb.APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncənin Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının vəzifəli şəxsləri, şəhidin qulluq etdiyi hərbi hissənin hərbiçiləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxış edənlər, idmanla məşğul olan və bir neçə dəfə müxtəlif yarışlarda birincilik qazanan Seyfəddin Kərimovun vətənpərvər bir gənc olduğunu, torpaq uğrunda canından belə keçməyə hazır olduğunu bildiriblər. Dəfn mərasimindən əvvəl yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Həlak olanlardan biri də Kərimov Seyfəddin Nəvai oğlu olub. O, Gəncənin Kəpəz rayonundan hərbi xidmətə yola salınıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol