• $
  • €
  • ₽
  • ₺
  • £

AXCP üzvü Kəlbəcərdə ölüb - FOTO

AXCP üzvü Kəlbəcərdə ölüb - FOTO
23.11.2022 10:04
Kəlbəcərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron Rayon Şöbəsinin üzvü ağır yol qəzasında ölüb. Bu barədə  AXCP-nin rəyasət heyətinin üzvü İlham Hüseyn Facebook hesabında paylaşıb.
 
"Çox üzücü xəbər aldıq. AXCP Abşeron şöbəsinin üzvü, fədakar insan, dəyərli dost Fariz Tağılı iş qəzasında həyatını itirib. Hələ çox cavan idi, böyük arzuları var idi. Allah rəhmət eləsin!"-, sədr müavini bildirib.

Məlumata görə 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici "ZL 50" markalı traktor tipli nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi aşıb. Nəticədə Fariz Tağıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hadisəni təsdiqləyib.

Faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.
 

 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol