• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkirdə piyadanı vurub qaçan sürücü saxlanılıb

Şəmkirdə piyadanı vurub qaçan sürücü saxlanılıb
24.11.2022 20:30
Şəmkirdə piyadanı vurub qaçan sürücü saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosuna verdiyi məlumata görə, noyabrın 17-də, Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yeni Həyat kənd yolundan naməlum kişi meyiti olması barədə məlumat daxil olub.


Məlumat ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıb. İlkin araşdırmaların nəticəsində görə, ölmüş şəxsin rayon sakini, 1983-cü il təvəllüdlü Yalçın Məmmədov olması və avtomobil vurması nəticəsində ölməsi məlum olub.


Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib.


Araşdırmalar zamanı hadisəni rayon sakini, 1992-ci il təvəllüdlü Vicay İbrahimovun "VAZ 2106” markalı avtomobil ilə törətməsi, daha sonra hadisə yerindən qaçması müəyyən edilib. Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol