• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər üçün “EDU.AZ.COM” platforması üzərindən onlayn təlimlər keçiriləcək

Jurnalistlər üçün “EDU.AZ.COM” platforması üzərindən onlayn təlimlər keçiriləcək
24.11.2022 12:39
Noyabrın 24-də "E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi çərçivəsində yaxın gələcəkdə Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ com” MMC-nin və Anadolu Agentliyinin birgə əməkdaşlığı ilə "Eduaz.com”  platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil ediləcəyi barədə məlumat verilib.


Layihə ilə bağlı təqdimatla çıxış edən "EDUAZ com” MMC şirkətinin layihə meneceri Lalə Həsənova bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə yeni tendensiyaların öyrənilməsi məqsədilə medianın istifadəsinə veriləcək onlayn təlim platforması daha geniş auditoriyanı əhatə edəcək, vaxta qənaət edilməsinə şərait yaradacaq, məkan və zamandan asılı olmayaraq təlimlərdən faydalanma və rahat funksionallıqdan istifadə imkanı təqdim edəcəkdir.


Təlimlərin sonunda onlayn sertifikatların təqdim edilməsini nəzərdə tutan layihə təkcə media nümayəndələri üçün deyil, eyni zamanda tələbələr, müəllimlər və biznes subyektləri üçün də müxtəlif mövzuların öyrənilməsi, şəxsi inkişafın təmin edilməsi sahəsində operativ və çoxməzmunlu platformaya çevriləcək, öyrənmə və inkişaf imkanlarını artırmaq istiqamətində effektiv yerli resurs olacaqdır.


Daha sonra platformada təşkil edilən kurslar barədə məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol