• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəxanı-Zabrat yolu açıldı

Kürdəxanı-Zabrat yolu açıldı
09.04.2014 12:27
Bu gün səhər saatlarında etiraz aksiyası keçirən Pirşağı sakinlərinin bağladığı Kürdəxanı-Zabrat yolunda avtomobillərin hərəkəti bərpa olunub. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Kürdəxanı-Zabrat yolu polisin müdaxiləsindən sonra açılıb. Aksiya isə davam edir. Yerli sakinlər qəsəbə ərazisindən keçəcək Bilgəh-Sumqayıt Dairəvi yolunun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazılıq edirlər. Onlar evlərin hər kvadratmetrinə görə 200-300 manat məbləğində kompensasiya təklif edildiyini bildiriblər. Pirşağı bələdiyyəsinin nümayəndələri aksiyaçılarla danışıqlar aparırlar. Sabunçu Rayon İcra Hakimiyyəti təmsilçilərinin də hadisə yerinə gələcəkləri bildirilib. *** Bakı. Fuad Cəfərov - APA. Pirşağı sakinləri avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sakinlər bu gün saat 10.30 radələrində Kürdəxanı-Zabrat yolunu bağlamaq istəyiblər. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməliyyat qrupu göndərilib. APA-nın əldə etdiyi məlumata görə, sakinlər qəsəbə ərazisindən keçəcək Dairəvi yolun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazı olduqlarına görə bu addımı atıblar. Polis sakinləri ərazidən uzaqlaşdırmağa çalışır. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol