Baş Qərargah rəisi Nəcməddin Sadıkov cəbhə bölgəsinə gedib

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsindədir.Bu barədə ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Baş Qərargah rəisinin səfərinin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























