• $
  • €
  • ₽
  • ₺
  • £

Avropanın 10-dan artıq ölkəsi Azərbaycandan qaz İSTƏYİR

Avropanın 10-dan artıq ölkəsi Azərbaycandan qaz İSTƏYİR
25.11.2022 18:30
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə Avropanın 10-dan artıq ölkəsindən qaz həcminin artırılması və ya qazın nəqli ilə bağlı müraciətlər daxil olub.
 
Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
 
Dövlət başçısı bildirib ki, hazırda biz bu müraciətləri nəzərdən keçiririk. Hazırda bizdə bütün tələbatı ödəmək üçün kifayət qədər qaz yoxdur. Bu səbəbdən biz dərhal, əsasən, artıq Azərbaycandan qaz alan ölkələrlə kommersiya danışıqlarına başlamalıyıq. Çünki boru kəmərləri artıq fəaliyyətdədir və zəruri hüquqi baza mövcuddur.
 
Azərbaycan Prezidenti təchizat coğrafiyasının genişləndirilməsi haqqında danışarkən qeyd edib ki, "Biz interkonnektorların inşası ilə bağlı Avropanın təşəbbüslərini tam dəstəkləyirik. Onların birinin açılışı mənim də iştirakımla oktyabrın sonunda Sofiyada baş tutdu. İkincisi, Bolqarıstan və Serbiya arasındadır ki, o, gələn il hazır olacaq. Biz, həmçinin Albaniya hökuməti ilə bu ölkədə qaz paylayıcı şəbəkəsinə sərmayə qoyuluşu üzərində fəal çalışırıq. Çünki Albaniyada belə bir şəbəkə mövcud deyil. Albaniya tranzit ölkəsidir. Lakin onların da daxili tələbatı ödəmək üçün qaza ehtiyacı var. Bundan başqa, üç Balkan ölkəsini əhatə edəcək İon-Adriatik boru kəmərinin tikintisi layihəsi var. Bunun üçün bütün iştirakçıların prosesə qoşulmasına ehtiyac var ki, bu istiqamətdə lazımi addımlar atılsın”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol