Kameralar təhlükəsizlik məsələləri üçün bizə daha çox yardımçı olur - NAZİR

Kameraların olması təhlükəsizlik məsələlərinə nəzarət üçün bizə daha çox yardımçı olur. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev orta məktəblərdə xoşagəlməz hallara nəzarətlə bağlı suala cavab verərkən bildirib.
Nazir bildirib ki, maddi məsələrə görə, məktəblərin bir çoxu təhlükəsizlik kameraları ilə tam təchiz olunmayıb, lakin bu da zamanla həll olunacaq.
"Amma bu həmişə kameraların quraşdırılması məsələsi də deyil. Bunun üçün məktəblərin fiberoptik internetə çıxışı da olmalıdır",- nazir vurğulayıb.
Nazir bildirib ki, məktəblərdə təhlükəsizlik məsələsi kafidir və daha yaxşısını etmək olar.
"Təhlüləsizlik məsələsində daha çox yol qət etməliyik" - nazir deyib
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























