“MATRIX” tarixi yazanlar - KÖŞƏ

Namik Man-taş
Dəbdə olan bir fikir var: Gerçəkləri tarix yazar…Doğrudanda bu belədirmi?
Bəşəriyyətin gəlmiş-keçmiş tarixini müxtəlif zamanlarda, fərqli insanlar yazıb. Tarix ən müxtəlif mənbələr vasitəsilə bugünümüzə gəlib çatıb. Bəs görəsən, bu yazılanlara inanmalıyıqmı?Sual oluna bilər ki, nədən keçmişdə baş verən hadisələr, olaylar doğru yazılmasın ki? Yaddan çıxarmayaq ki, tarix boyu bütün cəmiyyətlər bölünüb, fikir ayrılığı olub və düşünürəm ki, bu səbəbdən tarixin doğru yazılması həmişə sual altında qalacaq. Varlı-kasıb, materialist-idealist, xristian-müsəlman-yəhudi, sosialist-kapitalist…Hesab edirəm ki, "Ümumdünya tarixi" adlandırdığımız şey - əslində, özlərini "ari irq" sayan, yüksək səviyyəyə malik və özlərini digərlərindən daha “üstün” sayan xalqlar barədə "monotərif"dən başqa bir şey deyil. Tarix güclü olanın diktəsi ilə yazılan bir nağıldır və bizləri bu nağıla inanmağa məcbur edirlər, inandırılırıq da.Gəlin, daha qədim dövrlərdən başlayaq. Ən qədim tarixə malik Şumerlər haqqında müasir tədqiqatçılar çox qısqanclıqla və ehtiyatla yazırlar. Səbəb çox sadədir: bu sivilizasiyanı heç cür onların kökləri ilə əlaqələndirmək mümkün olmur. Özlərinin kökləri dedikdə ilk öncə samilər, sonra isə müasir dünyada hegemon xalqların kökləri nəzərdə tutulur. Məncə, ögey münasibətin bir səbəbi də şumer tarixində qədim türklərin izlərinin görsənməsidir. Bu məsələnin araşdırılması isə dünya tarixinin yenidən yazılması deməkdir. Vaxtilə P.Buast deyirdi ki, tarixi doğru-dürust anlamaq üçün gərək dinini də, vətənini də, mənsub olduğun partiyanı da büs-bütün unutmalısan. Bəşər tarixində isə belə hal heç vaxt olmayıb. Elə öz ölkəmizdən tutmuş, keçmiş SSRİ məkanında və daha qədim zamanlarda da heç bir tarixçi, yazar Buastın göstərdiyi çərçivədən çıxa bilməyib. Deməli, yazdıqları tarix də istər-istəməz şəxslərin, ideologiyanın qurbanı olublar.Maraqlı bir müqayisə aparaq. Eramızdan əvvəl 356-323-cü illərdə yaşamış Makedoniyalı İsgəndər haqqında az qala bütün tarixçilər nəsə yazıb, həyatının hər məqamı öyrənməyə çalışıblar. Onun haqqında onlarca film çəkilib. Əksər tarixi mənbələrdə, yaxud bədiiləşdirilmiş nümunələrdə İsgəndər ideal bir sərkərdə kimi təqdim ediliblər. İsgəndərin bütün hərbi səfərləri, yürüşləri elə “səfər”,”yürüş” adı ilə qeyd edilib. Bir dəfə də olsa “istila”,”işğal,” “zəbt” terminlərindən istifadə olunmayıb. Yadıma gəlmir ki, İsgəndərin zəbt etdiyi ölkələrdə ona qarşı hər hansı mübarizədən, torpaqlarını müdafiyə edən hər hansı bir xalqın qəhrəmanlığından yazılsın. Ancaq eramızdan əvvəl 480-cı illərdə İran-Yunan müharibəsi zamanı Kserksın yürüşünə tarixçilər istila, işğal damğası vurublar. Bu işğala qarşı çıxan 100 spartalının mübarizəsini isə simvolizə edərək bütün dünyada məhşurlaşdırdılar. Hətta "100 spartalı" filmində Kserksi və ordusunu vəhşi,cqeyri-insani cilddə göstərirlər. Nədən İsgəndərin, məsələn Hindistana hucumunu əks etdirən bir film çəkilmir və orada yerli xalqın mübarizəsini tərənnüm etmirlər?! İsgəndərin və ordusunun qanicən, vəhşi obrazı yaradılmır?Elə İsgəndərdən sərkərdəlik qabiliyyətinə görə geridə qalmayan Atilla haqqında yazarkən də tarixçilər həmişə susublar. Yazanlar isə onu barbar, vəhşi, qaniçən kimi təqdim edib. Ona "Tanrının bəlası" adı verilib və bütün Avropada qorxunc bir hökümdar kimi tanıdılıb. Türk olmasına baxmayaraq, bizlər uşaqlarımıza Atillanın yox, İsgəndərin adını qoymağı üstün bilmişik. Nədən? Axı Atillanın qurduğu dövlət İsgəndərin qurduğu dövlətdən iki dəfə böyük olub və ən əsası, Atilla İsgəndərdən 700 il sonra tarix səhnəsinə çıxıb. Buna baxmayaraq, onun haqqında çox az məlumata malikik. Bildiyimiz məlumatlar isə heç də həqiqəti ifadə etmir. Bu yerdə Polşa yazıçısı Veslav Brudzinskinin çox maraqlı bir sözü yada düşür: "Tarixi yaradanlar, eyni vaxtda həm də onu saxtalaşdıranlardır". Saxtalaşma hər yerdə, hər xalqın tarixində var. Bu səbəbdən də nəyin doğru, nəyin yalan olmasını ayrıd etmək olmur.Saxtakarlıq dedikdə ilk oncə “İqor polku haqqında dastan” yada düşür. Türklərin yazdığı və türklər haqqında olan bu dastan çox ustalıqla dəyişdirilib. Bu barədə görkəmli qazax yazıçısı Oljas Süleymanov “Az-Ya” əsərində yazıb. Amma saxtalaşdırma o dərəcədə yüksək səviyyədə aparılıb ki, bundan sonra da gələcək nəsil onu rus xalqının dastanı kimi qəbul edəcək. Necə deyərlər, həyat tarixin qaralamasını yazır, sonra tarixçilər onun üzünü öz istədikləri kimi köçürürlər.Uydurulma məlumatlardan biri də, hind-avropa dil ailəsi haqqındadır. Məqsəd sadəcə avropa xaqlarının kökünü daha qədimə aparıb çıxarmaq, şərq mədəniyyətinə sahib çıxmaqdır.Dünyada artıq aksiom kimi qəbul olunan bir fikir var: Xaç xristianlığın rəmzidir və onun meydana gəlməsidə yunan və yəhudi xaqları ilə əlaqəlidir. Ancaq unudulub ki, xaç simvolu türklərlə bağlıdır. Atillanın bayrağında xac şəklinin olmasını sanki tarixçilər yaddan çıxarıb və bu barədə heç danışmaq belə istəmirlər.Avropada daha bir qayda var: hər məsələdə yunan-roma mədəniyyəti önə çəkilir. Yerdə qalan mədəniyyətlər, xalqlar göz ardı edilir. Hətta ingilislər öz köklərini, qədim əcdadlarını bir tərəfə qoyub romalıları tərənnüm edirlər, Britaniyanın işğalını əks etdirən filimlər, əsərlər yaradırlar. Paradoskal haldır: bir xalqın öz ölkəsinin işğal olunmasını müsbət bir məqəm kimi qabardaraq göstərməsi. Məqsəd yenə də dünyada qərb mədəniyyətinin (yunan-roma) önə çəkilməsidir.Tarix yazılana qədər artıq siyasətçilər öz məqsəd və məramlarını diktə etməyə hazır olurlar. N.Marr bu cür elm siyasətçilərini nəzərdə tutaraq yazırdı: "Mən bilmirdim ki, ən əvvəl strateq, siyasətbaz, diplomat və yalnız bundan sonra alim olmaq gərəkmiş". Əgər indi amerikalıların aya getməsini yetərincə inkar edən faktlar və bunun sadəcə “Ay nağılı” olduğunu etiraf edən yetərincə mütəxəssislər varsa, o zaman nədən biz kompası ilk dəfə çinlilərin kəşf etməsinə, yerin ölçülərinin ilk dəfə Erotosfenin müəyyən etməsinə inanmalıyıq? Rene Dekart demişkən: "Hər şeyə şübhə ilə yanaşmaq lazımdır". Sonda fikrimi bir bənzətmə ilə yekunlaşdırmaq istərdim. Bildiyimiz,oxuduğumuz tarix əslində “Matrix” filimində olduğu kimi uydurma, yalançı, reallıqdan uzaq olan bir tarixdir.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























