• $
  • €
  • ₽
  • ₺
  • £

Taleh Bağırzadə aclıq aksiyasına başlayıb

Taleh Bağırzadə aclıq aksiyasına başlayıb
28.11.2022 13:59
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə artıq ikinci gündür ki aclıq aksiyasına başlayıb. Bu barədə Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadəyə telefon zəngi ilə özü məlumat verib.
 
O bildirib ki, həyat yoldaşı yeni köçürüldüyü 12 saylı Cəzaçəkmə Müəssisəsində təhqirlərə məruz qalmasına etiraz olaraq aclıq edir.

 "Taleh Bağırzadə evə zəng etmişdi. O, 7 illik həbsdən sonra, dünən noyabrın 26-da Qobustan Qapalı Həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Müəssisənin rəis müavini onun namusuna, qeyrətinə söyüş söyüb. Ona görə də Taleh Bağırzadə  buna etiraz olaraq sivil qayda kimi aclığa başlayıb”, -  Leyla İsmayılzadə vurğulayıb.

Leyla İsmayılzadə həyat yoldaşının telefon söhbəti zamanı Taleh Bağırzadəni yenidən qapalı həbsxanaya qaytarmaq planlarının olduğunu söyləyib.

"Ona görə də müxtəlif bəhanələrlə Taleh Bağırzadəni təxribata çəkmək istəyirlər ki, yenidən qapalı həbsxanaya qaytarsınlar”, - o bildirib.

Məsələ ilə bağlı Penitensiar Xidmət hələ şərh verməyib. Amma bir qayda olaraq Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində saxlanılan insanların qeyri-insani rəftara məruz qalmaları ilə bağlı məlumatları təkzib edir. Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhkumların qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.

Rəsmi dövlət qeydiyyatı olmayan "Müsəlman Birliyi” Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırzadə də daxil olmaqla, 10 nəfər fəalı həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Taleh Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkib.

Taleh Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.
Həbs olunanlar Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahkar bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol