• $
  • €
  • ₽
  • ₺
  • £

İki əcnəbi tələbə ATU-dan xaric olundu

İki əcnəbi tələbə ATU-dan xaric olundu
29.11.2022 10:42
Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib.
 
ATU-dan verilən xəbərə görə, toplantıda universitetin bəzi əcnəbi tələbələrinin davranışı ilə bağlı qərarlar qəbul edilib, onların ikisinin ali məktəbdən xaric olunmasına dair qərar verilib.
 
ATU-nun 6 əcnəbi tələbəsi universitetdən kənar məkanda digər tələbələrə fiziki zorakılıq və şiddət tətbiq etməklə yanaşı, onları qorxudublar. Zorakılıq aktını video lentə alan tələbələr bu çəkilişi sosial şəbəkələrdə paylaşacaqları ilə digərlərini hədələyiblər. Faktla bağlı Nəsimi rayon polis bölməsində aparılan araşdırma zamanı iki əcnəbi tələbənin - Al Khawaldeh Mohammad Khev Ahmad və Abdullah Mohammaed Sahrinin tələbələrə güc tətbiq edərək, fiziki şiddət göstərdiyi təsdiqlənib.
 
ATU-nun Rektoryanı şurasının üzvlərinin qərarına əsasən, adı çəkilən 2 tələbə universitetdən xaric edilib, hadisədə iştirak digər 4 tələbənin (Mohamad Eihab Ahmed Aldakach, Al Jivondi MHD Nabil Khalid, Al Ali Aussesami, Hafez Mohammed Ali) isə şəxsi işinə qeyd etməklə onlara şiddətli töhmət verilib.
 
Rektor yanı şuranın müzakirə etdiyi digər məsələ ATU-nun II müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Orxan Bəhmənlinin davranışı ilə bağlı olub. Orxan Bəhmənlinin noyabrın 17-də anatomiya fənni üzrə keçiriləcək aralıq imtahanlarının suallarının cavablarını əldə edərək digər tələbələr arasında yayıb və bununla da imtahanı pozması təsdiqlənib. Rektoryanı şuranın qərarına əsasən, O.Bəhmənlinin şəxsi işinə yazılmaqla şiddətli töhmət elan edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol