• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Təhsil nazirini tənqid etdi - Hər şey daha pis olur- VİDEO

Deputat Təhsil nazirini tənqid etdi - Hər şey daha pis olur- VİDEO
29.11.2022 11:22
Deputat Razi Nurullayev Elm və Təhsil Naziri Emin Əmrullayevin fəaliyyətini sərt tənqid edib. Bu barədə o Parlamentin bu gün keçirilən çıxışında bildirib.

"Elm və təhsil nazirliyini tənqid etməmişəm, düşünmüşəm ki, bəlkə yanaşmalar dəyişər. Ha çalışırlar ki, hər şey daha yaxşı olsun, daha pis olur. Imişlidə işə ehtiyacı olanlar qapımızı döyür, icra hakimiyyətinin qarşısına toplanır. Niyə həll etmirsiniz? Atama, qardaşıma, bacıma, qohum-əqrabama görə xahiş etmirəm ki. Imişlidə neçə aylardır ki, yalnız texniki işlər üzrə 38 vakansiya var. Niyə ora uyğun insanları təyin etmirsiniz? Gözləyirsiniz ki, o məqsədlər üçün ayrılan pulu dövlətin büdcəsinə qaytarasınız? Bəs o insanların ah-naləsindən, göz yaşlarından qorxmursunuz? Haqqı deyim ki, təhsil nazirliyində təhsil naziri ilə danışmaq problemi yoxdur. Amma, neçə aylardır ki, zəng etmirəm, məktub göndərmirəm və etməyəcəm də. Əgər hər şey havadan asılı qalırsa, nə mənası? Ümumiyyətlə, bir sıra hallarda dövlət qurumlarının birinci şəxsləri ilə danışanda problem həll olmur, əksinə daha çətinə düşür. Düzdür, il yarım öncə hörmətli nazirdən bir dəfə bir kimsəsiz gənc xanımı xahiş etmişəm və onu məktəbə işə götürüblər” – deputat bildirib.

Razi Nurullayev bildirib ki, nazirlikdə ancaq nazirin müavini ilə əlaqə yarada bilir. 

"Təhsil nazirliyində yalnız nazir müavini Firudin Qurbanovla danışa bilirəm. Digər müavinlər telefonu da qaldırmır, hörmətsizlik edirlər. Bir də Bakı təhsil idarəsinin müdiri hörmətli Mehriban Vəliyeva ilə danışmaq və haqlı məsələləri həll etmək olur. Hər ikisinə təşəkkür edirəm.Elm və təhsil nazirliyini anlamaqda çox çətinlik çəkirəm, çox. Deyim ki, elmimiz və təhslimiz yüksək səviyyədədir, bu da yalan olar. Bəs bu qədər özünəgüvən, saymamazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm”, - millək vəkili bildirib.

 Spiker Sahibə Qafarova Razi Nurullayeva cavab olaraq bildirib ki, Emin Əmrullayev media və hər kəsə açıq nazirdir. Qafarova deputata təklif edib ki, belə sərt tənqid etmək əvəzinə nazirə məktub göndərsin.
 

 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol