Sumqayıtdakı dəhşətli qəzada ölənin kimliyi bilindi - YENİLƏNİB

25 nəfər yaralıdan 16-sı reanimasiyada, 9-su isə palatada müalicəsini davam etdirirBu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 25 nəfər yaralanıb.ANS PRESS-in verdiyi məlumata görə, ölən şəxs avtobusun sürücüsü Ramiz Qurban oğlu Muradovdur. O, hadisə zamanı yerindəcə dünyasını dəyişib.Yaralanlardan 16 nəfər reanimasiyada, 9 nəfər isə palatada müalicəsini davam etdirir.Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.Xatırladaq ki, hadisə bu gün saat 17:00 radələrində Sumqayıt Texnologiya parkının yanında “İsuzu” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində baş verib.Alınan məlumata görə, yük avtomobilini Behbudov Vaqif Azad oğlu idarə edib. ANN.Az***
17:51
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası bu gün saat 17 radələrində Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb. 3 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “SHACKMAN” markalı yük avtomobili ilə toqquşub. Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı olduğu bildirilir.ANN.Az























