• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dərsliklərlə bağlı yeniliklər açıqlanıb

Azərbaycanda dərsliklərlə bağlı yeniliklər açıqlanıb
08.04.2014 22:19
 “Təhsil Nazirliyinin qərarı ilə Azərbaycanda Dərsliklərin Qiymətləndirmə Şurası (DQŞ) haqqında əsasnamə yenilənib. Şuranın tərkibi alternativ qaydada seçilib. 17 nəfərdən ibarət olan yeni tərkib sabahdan etibarən fəaliyyətə başlayacaq”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib. O bildirib ki, Təhsil Nazirliyi bu ildən etibarən hər il iki sinfin dərsliyinin çapını sifariş verməyi qərara alıb. Bu il ilk olaraq VII və VIII sinif dərsliklərinin hazırlanacağını söyləyən Ə. Quliyev qeyd edib ki, VII sinif dərslikləri müzakirələrdən sonra, dərslərin başlanmasına xeyli müddət qalmış məktəblərə veriləcək. Onun sözlərinə görə, bununla da müəllimlər dərsliklərlə daha tez zamanda tanış olacaqlar: “VIII sinfin dərslikləri isə bu il məktəblərə verilməyəcək və həmin dərsliklər çox məhdud sayda çap olunaraq, müəyyən pilot məktəblərdə sınaqdan keçiriləcək. Bununla da sınaq zamanı qarşıya çıxan nöqsan və problemlər vaxtında aradan qaldırılacaq. Növbəti dərs ilində isə dərsliklər məktəblərə ən azı iki ay əvvəldən çatdırılacaq. Ötən ilin dekabrında dərsliklərin çapı ilə bağlı elan olunan tender martda başa çatıb. Tenderin nəticəsinə əsasən, 22 LOT üzrə 35 adda dərslik hazırlanıb və sabahdan şura həmin dərsliklərin qiymətləndirilməsinə başlayacaq”. Nazirlik rəsmisi qeyd edib ki, təhsil sahəsində aparılan islahatlarda əsas hədəf dərsliklərin əvvəlki illərlə müqayisədə keyfiyyətinin təkmilləşdirilməsidir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol