Gültəkin Hacıbəyli sərbəst buraxılıb- YENİLƏNİB

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli sərbəst buraxılıb. Bu barədə onun özü sosial şəbəkədə məlumat yayıb.
Məlumatda azadlıqda olduğunu bildirib.
"Dostlar, azadlıqdayam. Diqqətinizə görə minnətdaram. Mənə ölkədə olmadığım, məlumatım olmadığı, xəbərdar edilmədiyim, SMS xəbərdarlıq almadığım halda xüsusi ittiham qaydasında cinayət işi açıblar. "Facebook”da bir nəfərin statusunun altında yazdığım şərhə görə, özü də status bir neçə gündən sonra silindiyi halda. Yəni, olmayan şərhə görə. Mənim xəbərim olmadan mənə vəkil də tutublar ki, işi icraata götürüb axtarışa versinlər. Görürsünüzmü, necə qayğıkeş hökumətimiz var! İttihamın mahiyyətini biləndə, məni kimin əli ilə vurmaq istədiklərini biləndə şoka düşəcəksiniz və Azərbaycan hakimiyyətinin gerçək üzünü görəcəksiniz! Məni özlərinin ən zəif, mənim ən güclü yerimdən vurmaq qərarına gəliblər. Çox sağ olsunlar, gerçəkdən də buna görə onlara minnətdaram", - Gültəkin Hacıbəyli bildirib.
Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub. Bunu Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov APA-ya bildirib.
O deyib ki, Gültəkin Hacıbəyli Nəsimi rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb.
"Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”,- vəkil bildirib.
Gültəkin Hacıbəyli ölkədə olmadığına görə, onun barəsində həbsli axtarış elan olunub. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.
***********
Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin saxlanılıb. Bu barədə sosial şəbəklərdə məlumat yayılıb.
Onun ötən gecə xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanıldığı bildirilir.
Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilib.
Sabiq deputat barəsində Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov anews.az-a onun izahatı alınaraq sərbəst buraxıldığını bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























